Maraqlı

Bu tapıntı elm dünyasını silkələdi

25 Oktyabr 2019 21:35
2 Şərh     Baxış: 2 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Komi Respublikasının Uxta bölgəsinin İjma çayı sahillərindən 372 milyon illik sümük tapılıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, arxeoloqlar qalıqların Devon erasından qaldığını bildirib.

Elm adamlarına görə, quruda yaşayan ilk canlılar bu dövrdə yaranıb.

Su həyatından quruya keçən canlılar təkamül prosesi ilə dünyada yeni dövrün başlamasının əsasını qoyub. Bununla bağlı elm adamlarının əllərində çox az dəlillər var, bu baxımdan rusiyalı arxeoloqların kəşfi yeni sübutların ortaya çıxarılmasına yol aça bilər.

Məlumata görə, skelet qalıqlarının üzərində araşdırma aparan alimlər bunun indiki timsaha oxşadığını, lakin 372 milyon il əvvələ aid olduğunu açıqlayıb. Onurğalılar növünün ilk nümunəsi olduğu deyilən sümüklərin çıxarılması üçün uzun müddət cəhdlər edilib.

Kəşfə dünya mediasında geniş yer verilib.

Mühafizə altına alınan sümüklərin üzərində uzun müddət araşdırma aparılacağı və yeni nəticələr əldə ediləcəyi halda, dünya ictimaiyyətinə açıqlama veriləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.