Maraqlı

"WhatsApp"da yeni funksiya - Seçim şansı veriləcək

25 Oktyabr 2019 07:14
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verir.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, bu funksiya sayəsində messencer istifadəçisi onu müzakirələrə dəvət edəcək şəxsi seçmək imkanı əldə edəcək: bütün istifadəçilər, yalnız qeyd kitabçasındakı insanlar və yaxud heç kim.

Bundan başqa, bəzi hesabları qara siyahıya daxil etmək mümkündür.
Yeni funksiya messencerin "iOS" üçün 2.19.110.20 və "Android" üçün 2.19.298 beta versiyalarında əlçatandır.

Funksiyaya giriş üçün "WhatsApp" messencerində sazlamalara daxil olmaq, hesabın idarəetməsinə keçmək, "təhlükəsizlik" bölməsini seçmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.