Maraqlı

Nokia 9 PureView smartfonunun davamçısı barəsində məlumat verilib

24 Oktyabr 2019 21:50
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə internetdə məlumat ortaya çıxmışdı ki, HMD Global şirkəti bu ilin sonuna kimi Nokia 9 PureView smartfon modelinin davamçısını təqdim edəcək. Lakin görünür, bu məlumat düzgün deyil. Belə ki, Nokia Anew adlı mənbənin verdyi məlumata əsasən şirkət sözügedən flaqman smartfon modelinin təqdimatını təxirə salıb. Bu barədə Gagadget saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Nokia 9.1 PureView smartfonu 2020-ci ilin ikinci rübündən tez satışa çıxmayacaq. Həmin vaxta kimi şirkət aşağı büdcəli və orta büdcəli smartfonların satışa çıxarılmasına öz diqqətini yönləndirəcək. Təəssüflər olsun ki, smartfon barəsində heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, Snapdragon 855 və ya Snapdragon 865 prosessoru, 6/8 GB RAM, genişformatlı AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası və 5 arxa kamera ilə təchiz olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.