Maraqlı

“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

24 Oktyabr 2019 07:51
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AV-Comparatives" müstəqil laboratoriyasının məlumatına görə, "Windows Defender" əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir. Sözügedən antivirusun şəbəkədə müdafiə səviyyəsi 99,96% təşkil edib ki, bu da ona "AV-Comparatives" laboratoriyası tərəfindən araşdırılmış antivirus proqramlarının top onluğuna daxil olmasına imkan verib: "Windows Defender" antivirusu 10556 zərərverici proqram nümunəsindən 10552-ni müəyyənləşdirərək bloklayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ancaq nəzərə almaq lazımdır ki, bir zərərverici proqram da fərdi kompüterə zərər vura bilər. Bu halda "Avast", "AVG" və "Trend Micro" antivirus proqramının göstəriciləri təxminən 100%-dir.

Daha bir göstərici aşkar etmə səviyyəsidir. Məsələn, "AV-Comparatives"in ekspertləri antivirusları internetə çıxış olmadan virusları aşkar etmə qabiliyyətinə görə yoxlayırlar. Təəssüf ki, "Windows Defender" bu parametr üzrə 29,7% nəticə göstərib.

Sözügedən antivirusun "Panda Antivirus" (28,6%) və "Trend Micro"nu (20,9%) geridə qoymasına baxmayaraq, "Avast"a (97,4%) qarşı heç bir şansı yoxdur. İnternetə aktiv qoşulma zamanı aşkar etmə göstəricisi 76,3% olub, amma bu, nəticəsi 92%-i ötən başqa rəqiblərlə müqayisədə aşağı göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.