Maraqlı

Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

24 Oktyabr 2019 07:41
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Context" analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini dərc edib. 2019-cu ilin birinci yarısında istehlak qurğularının tədarükü 2018-ci ilin müvafiq dövrü ilə eyni səviyyədə qalıb, sənaye, dizayner və peşəkar avadanlıq seqmentlərində isə müvafiq olaraq 14%, 13% və 15%-lik artım qeydə alınıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehlak məhsullarına qiyməti 2500 dollaradək olan modellər aiddir. "Context"in məlumatına görə, bu seqment 6 rüb ardıcıl azalır. Məsələn, 2019-cu ilin aprel-iyun aylarında azalma 10% səviyyəsində olub. Bu səbəbdən istehsalçılar biznes həllərinə üstünlük verməyə başlayıblar.

Son 1 ildə 2500-20000 dollar qiymət diapazonunda olan 3D printerlərin tədarük həcmi say baxımından 8%, pul baxımından isə 37% artıb.

2019-cu ilin ikinci rübündə qiyməti 100 min dollardan yuxarı olan avadanlığın istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb.

"Technavio Research" tədqiqat şirkətinin proqnozuna əsasən, qlobal 3D-printer bazarının həcmi 37% artaraq 2022-ci ildə 7 milyard dolları ötəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.