Maraqlı

Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

24 Oktyabr 2019 07:11
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə avadanlıq 8K təsvir ölçülü videonu eyni anda 10 milyon qurğuda yayımlaya bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Yaponiyanın Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutu yeni nəsil funksional şəbəkələrin yaradılması istiqamətində mühüm addım atıb: optik siqnalları 1 Pbit/s sürətlə emal edən kommutasiya qurğusu hazırlayıb.

Prototip MEMS (mikroelektromexanik sistemlər) texnologiyasına əsaslanan az itki səviyyəsinə malik müasir irimiqyaslı optik çeviricilərdən, 3 tip ən yeni multipleks liflərdən istifadə edir və 10 Tbit/s-dən 1 Pbit/s-dək tutumlu siqnalların marşrutlaşdırılmasını həyata keçirir. Bu, müasir şəbəkələrin imkanlarından 100 dəfə çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.