Maraqlı

Demetdən dostuna - "Xanımını susdur!"

22 Oktyabr 2019 09:09
0 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Demet Akalın ilə Berkay arasındakı saat qalmaqalı böyüyür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Berkay sənətçinin xanımı Özlem Ada Şahinə hədiyyə etdiyi saatla bağlı sosial şəbəkədə açıqlama verib. O, "Demet bizim bacımızdır. Ancaq hədiyyəsinin ardınca düşüb, xanımımı söhbətə qarışdırmalı deyildi" deyə, yazıb. Demetdən isə cavab gecikməyib:

"Berkay, xanımını susdur! Qadın insanı vəzir də edər, rəzil də".

Qeyd edək ki, D.Akalın Berkayın ikinci övladı dünyaya gələn zaman onun həyat yoldaşına bahalı brendə məxsus qol saatı alıb. Lakin ifaçı dostunun hədiyyəsini mağazaya apararaq satmaq istəyib, bu zaman oradakılar Akalına xəbər verib.

Müğənni isə həmkarına zəng edərək, ona əsəbiləşib. Bildirilir ki, yaxın dostlar bir müddətdir görüşmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.