Maraqlı

Ən yaxşı Android prosessorundan 2 dəfə daha güclü Apple-ın A 13 prosessoru

22 Oktyabr 2019 23:45
0 Şərh     Baxış: 621

Apple A13 Bionic çipləri mobil sənayedə liderlik etdi. Üstəlik böyük fərqlə! İPhone 11-də istifadə edilmiş son texnologiyanın A12-ilə müqayisədə 20 faiz daha yaxşıdır.

Milli.Az techland.az-a istinadən bildirir ki, ən diqqət çəkən məqamlardan biri A13 Bionic-in ən yaxşı Android çipindən təxminən iki dəfə daha yaxşı performansa sahib olmasıdır. Android ilə aradaki fərqi böyük fərq hesab etmədinizsə, A13-in Intel və AMD-nin təklif etdiyi ən yaxşı masa prosessorları ilə 'heç olmasa bir etalon' üzərində rəqabət edə biləcəyini söyləyə bilərik.

Belə güclü bir çipə sahib olmağın bəzi mənfi cəhətləri var. A13 Bionic yük artdıqca daha çox güc sərf edir. Daha sadə desək, A13 istehlak etdiyi batareya gücü səbəbindən ən az səmərəli prosessorlardan biridir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.