Maraqlı

Tərtibatçılar yeni MacBook Pro'nun fotolarını aşkar ediblər

22 Oktyabr 2019 08:35
0 Şərh     Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Analitiklər dəfələrlə bildirmişdilər ki, Apple şirkəti bu il 16 düym ekrana sahib MacBook Pro noutbuk modelini təqdim edəcək. İndi isə həmin sözlərin əsl sübutu ortaya çıxdı. Belə ki, tərtibatçılar macOS 10.15.1 əməliyyat sisteminin beta verisyasında həmin MacBook Pro modelinin iki fotosunu aşkar ediblər. Milli.Az technote.az-a istinadən bildirir ki, onlardan biri Silver rəngində, digəri isə Space Grey rəngindədir. Təsvirdə qeyd edilib ki, bu məhz 16 düym ekrana sahib MacBook Pro modelidir.

    Təqdim edilmiş fotolardan da görmək olar ki, 16 düym ekranlı MacBook Pro modeli xarici görünüşcə 15 düym ekranlı MacBook Pro modelindən heç də fərqlənmir. Sadəcə olaraq qeyd etmək olar ki, 16 düym ekranlı MacBook Pro modelinin ekran ətrafındakı çərçivələr bir qədər daha nazik olublar. Bunun vasitəsilə noutbukun ekran ölçüsünü böyütmək mümkün olub. Noutbukun öz ümumi ölçüsü isə dəyişilməz olaraq qalıb. Lakin analitiklər qeyd ediblər ki, noutbukun ən maraqlı özəllikləri məhz onun daxilində gizlədilib. Onların verdikləri məlumata əsasən 16 düym ekranlı MacBook Pro modeli Apple şirkətinin ən güclü noutbuku olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.