Maraqlı

Huawei Mate X-in dəqiq satış tarixi barəsində məlumat verildi

22 Oktyabr 2019 08:51
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə Çindən olan kütləvi informasiya vasitələri bildirmişdilər ki, Huawei şirkətinin ilk qatlana bilən smartfon modeli Mate X bu ayın sonunda satışa çıxacaq. İndi isə bu məsələ ilə bağlı daha konkret tarix ortaya çıxdı. Bu barədə Huaweicentral saytı xəbər verib. Beləliklə verilmiş yeni məlumata əsasən Mate X-in ön sifarişlərinə 23 oktyabr tarixində start veriləcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfonun özü isə 1 noyabr tarixində satışa çıxacaq. Söhbət, hələki Çin bazarından gedir. Lakin orda da şirkət çoxlu sayda Mate X modelini satışa çıxartmağı planlaşdırmır. İlkin mərhələdə smartfon məhdudlaşdırılmış sayda satışa çıxacaq. Qeyd etmək lazımdır ki, Mate X smartfonu iki versiyada satışa çıxacaq. Onlardan biri Kirin 980 prosessoru, digəri isə 5G dəstəkli Kirin 990 prosessoru ilə təchiz olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.