Maraqlı

ABŞ hökuməti Telegram barədə məlumatlar verdi

22 Oktyabr 2019 08:31
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Telegram messencerinin istifadəçi kütləsinin miqyasını qiymətləndirib və Gram kriptovalyutasının ICO təfərrüatlarını ortaya çıxardıb. Bu mövzular barəsində məlumatlar komissiyanın bir müddət bundan öncə qaldırdığı məhkəmə iddiasında əks olunublar. Qeyd etmək lazımdır ki, həmin iddia vasitəsilə komissiya Gram kriptovalyutasının ABŞ-da istifadəyə verilməsinin bir müddətlik qadağan edilməsinə nail olmuşdu.

Milli.Az technote.az-a istinadən bildirir ki, məhkəmə iddiasının məlumatları barəsində The Bell saytı xəbər verib. Beləliklə SEC-in məhkəmə iddiasında Telegram və onun kriptovalyuta layihəsi barəsində 100-ə yaxın fakt var. Onlardan bəziləri aşağıdakı kimidir:

- SEC-in hesablamalarına əsasən Telegram-ın aylıq istifadəçi kütləsi 300 milyondur. Sonuncu dəfə Telegram öz istifadəçi kütləsi barəsində məlumatı 2018-ci ilin yaz fəslində vermişdi. Həmin vaxtda bu göstərici aylıq 200 milyon istifadəçi idi.

- Telegram-ın TON adlı blockchain platformasına ABŞ-dan minimum 39 investor investisiya yatırıb. Onlar 424.5 milyon dollar dəyərində 1 milyard Gram tokeni alıblar. Daha öncədən məlum idi ki, Durov qardaşları TON layihəsinə 2 raundlu investisiya prosesi çərçivəsində 1.7 milyard dollar vəsait cəlb edə biliblər.

- Gram kriptovalyutasının qaydalarına əsasən investorlar onları əldə edəndən 3, 6, 9, 12 ay sonra 25%-dən çox olmayaraq onları tranşlarla sata bilərlər. Bu üsulla kriptovalyuta yaradıcıları özlərini token qiymətlərinin anidən aşağı enməsindən sığortalayıblar.

- SEC-in fikrincə Durov qardaşları TON-un yaradılması üçün lazım olan məbləğdən daha çoxunu yığıblar. İnvestorlar isə öz məbləğlərinin nəyə xərcləndiyini idarə etmirlər. SEC-in əldə etdiyi məlumata əsasən Telegram və TON yaradıcıları bu ilin yanvar ayının 31-nə kimi keçən il yığdıqları 1.7 milyard dollar vəsaitdən 218 milyon dolları xərcləyiblər.

1 oktyabr tarixində SEC məhkəmə vasitəsilə iki şirkətə (Telegram Group və TON Issuer) Gram-ın istifadəyə verilməsini qadağan etmişdi. Komissiya hesab edir ki, kriptovalyuta yaradıcıları investisiyaları tokenlər müqabilində əldə ediblər, lakin satışları dəyərli kağızlar ilə müqavilə kimi qeydiyyata almayıblar. ABŞ qanunvericiliyi isə bunu tələb edir. Bu məhdudlaşdırıcı qərarın fonunda Pavel Durov, TON layihəsinin istifadəyə verilməsinin təxirə salınacağını istisna etməyib. Hələ bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, TON layihəsi bu ilin 31 dekabr tarixinə kimi istifadəyə verilməlidir. Əks halda şirkət yığılmış vəsaitləri investorlara geri qaytarmalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.