Maraqlı

Vatikanın "ağıllı" təsbehini "sındırdılar"

20 Oktyabr 2019 21:25
0 Şərh     Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağıllı" xaça malik elektron təsbehdə (eRosary) ciddi problem aşkarlanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə ekspert cəmi 15 dəqiqə ərzində hesabı "sındıra bilib". Bunun üçün ona yalnız hesaba bağlı olan e-mail tələb olunub. Haker istifadəçi barədə məlumatları: cinsi, doğum tarixi, boyu, çəkisi, avatar şəkli və geoməlumatları asanlıqla əldə edib. O, həmçinin mövcud olan hesabı silərək eyni e-mail-ə bağlı yenisini yaradıb.

Hazırda problemin aradan qaldırıldığı bildirilir.

"Ağıllı" təsbehi bir neçə gün əvvəl Vatikanda mətbuat konfransında təqdim ediblər. Təsbehin sahibi xaç çəkəndə qurğu aktivləşir. Digər oxşar qurğular kimi, bu "təsbeh" də iOS və Android-də Click to Pray (Dua etmək üçün toxun) mobil tətbiqi ilə sinxronlaşdırılıb. Bu əlavə müxtəlif dini bayramların tarixini yada salır, hər gün üçün olan duaları əldə etməyə imkan yaradır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.