Maraqlı

Şeyma iflas edir

20 Oktyabr 2019 12:38
2 Şərh     Baxış: 2 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TV8 kanalının rəhbəri Acun Ilıcalın keçmiş həyat yoldaşı Şeyma Subaşı İstanbulun Bəbək səmtində yerləşən restoranını bağlaya bilər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, türk mediası onun tezliklə iflas edəcəyini bildirir.

Buna zəmin yaradan isə sağlam qidanı təşviq edən restoranın aylıq kirayəsinin 60 min lirə olmasıdır. Belə ki, restoran açılan zaman Acun Ilıcalı tərəfindən bir illik kirayəsi əvvəlcədən ödənilmişdi. İndi isə müqavilənin müddəti başa çatdığına görə, kirayəni Şeyma ödəməlidir.

Onun isə A.Ilıcalıdan aldığı təzminat aylıq 125 min lirədir. İddia edilir ki, kafedə satışın vəziyyəti də ürəkaçan deyil. Buna görə də Ş.Subaşını "Restoranın kirayəsini necə ödəyəcəm" dərdi götürüb.

Qeyd edək ki, cütlüyün bir qızı var. Onlar ötən il boşanıb. Şeyma hazırda Cuido Senia adlı diceylə sevgilidir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.