Maraqlı

"Gün işığının oğurlandığı" hər günə görə 1000 avro cərimə

20 Oktyabr 2019 07:55
0 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikanın Brüqqe şəhər məhkəməsi Assebruk sakini Alen Kessemeykerin qarşısına öz evini satmaq, bununla da onun bağındakı ağaclara görə qonşuları arasında olan daimi mübahisələrinin kökünü kəsmək vəzifəsi qoyub. Məhkəmənin rəyinə görə, cavabdeh yalnız bu yolla onun üzərinə qoyulmuş 800 min avrodan artıq cəriməni ödəyə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Alen Kessemeykerin evinin hər iki tərəfindəki qonşuları məhkəməyə onun bağçasında ağacların çoxluğundan və onların bir-birinə yaxın olması səbəbindən günəş işığının qarşısını almalarından şikayətləniblər. Məhkəmənin birinci instansiyasında onlar iddianı qazanıblar. Daha sonra cavabdeh apellyasiya şikayəti verib və yenidən uduzub. Bununla belə kasasiya instansiyasının qərarına görə, Kessemeyker təkcə ağacları kəsməli deyil, həm də əlavə olaraq hər bir iddiaçıya "gün işığını oğurladığı" hər günə görə 1000 avro ödəməlidir.

Alen Kessemeyker yerli televiziya kanalında çıxış edərək deyib ki, o, cəmi dörd yaşında olanda anasını itirib, atası isə ona lazımınca valideyn diqqəti ayırmayıb. O, çatışmayan nəvazişin yerini ağaclara qulluq etməklə, onlara vaxt sərf etməklə tamamlayıb. Alen televiziya ekranlarından şəhər sakinlərinə müraciətlə deyib: "Mən ağaclarımı çox sevirdim, onlar da mənə qarşılıqlı cavab verirdilər. Mən insanlara göstərmək istəyirəm ki, təbiətlə ünsiyyət qurmağın müxtəlif yolları mövcuddur, ağacların da ruhu var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.