Maraqlı

Dünyanın ən gözəl adaları - SİYAHI - FOTO

20 Oktyabr 2019 07:00
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Milos adası "CNN travel" səyahət jurnalı tərəfindən dünyanın ən gözəl adalarının siyahısında ilk onluğa daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya, eyni zamanda, Seyşel adalarındakı Freqat, Karib hövzəsindəki Sent-Lusia və Havay arxipelaqındakı Kauai adaları daxil edilib.

Nəşr Milos adasının memarlığı, çimərlikləri, mağaraları barədə ətraflı məlumat verir və turistləri bu gözəlliyi görmək üçün bölgəyə dəvət edir.

Qeyd edək ki, nəşrin ilk onluğuna Bartolome (Ekvador), Yura (Şotlandiya), Komodo (İndoneziya), Senya (Norveç), Mooreya (Fransa Polineziyası) və Palavan (Filippin) adaları da daxildir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.