Maraqlı

Elektrik avtomobili 3D printerdə çap ediblər

20 Oktyabr 2019 01:30
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstanın "Kinetik Avtomotive" şirkəti 3D printeri vasitəsilə bütün hissələri çap olunan elektrik avtomobili təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nəqliyyat vasitəsinin modelinin adı "Kinetik 07"dir. Avtomobil 480 kVt gücə malikdir.

Şirkət rəhbərliyi avtomobilin qiymətini və satışa çıxarma tarixini gizli saxlayır. Şirkətin mühəndisləri isə nəqliyyat vasitəsinin həm sürətli yollar, həm də şəhərdaxili istifadə olunmasının mümkünlüyünü bildirir. Eyni zamanda, qeyd olunur ki, avtomobilin hissələrinin 92 faizi şirkətin özü istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.