Maraqlı

Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

19 Oktyabr 2019 07:31
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Realme" şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik "X2 Pro" qabaqcıl smartfonunu təqdim edib. Bu haqda "Gizmochina" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon "Snapdragon 855 " prosessoru, 6/12 QB əməli yaddaş və 256 QB-dək "UFS 3.0" standartını dəstəkləyən daşıyıcı, həmçinin 2340x1080 piksel təsvir ölçülü 90 hers yeniləmə tezliyinə malik 6,50 düymlük AMOLED displeylə təchiz edilib. İstehsalçının məlumatına görə, ekranın alt hissəsinə quraşdırılmış barmaq izi skaneri 0,23 saniyə ərzində işləyir.

Smartfonun əsas özəlliyi 50 vatt gücündə işləyən "SuperVOOC" sürətli enerji doldurma texnologiyası ilə təchiz edilməsidir. Beləliklə, smartfonu 60% enerji ilə doldurmaq üçün 15 dəqiqə kifayətdir, 35 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda olan akkumulyatoru tam enerji ilə doldurmaq mümkündür. Əsas 4 kamera mövcuddur: 64 meqapiksellik əsas, üçqat zumu dəstəkləyən teleobyektiv, genişbucaqlı obyektiv və dərinlik sensoru.

"Realme X2 Pro" aparatı 2019-cu il oktyabrın sonunda satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.