Maraqlı

“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

19 Oktyabr 2019 08:11
0 Şərh     Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, "Microsoft" şirkəti bir neçə ay sonra "Windows 7" əməliyyat sisteminin dəstəyini dayandıracaq, bu sistem üçün sonuncu yeniləmə 2020-ci il yanvarın 14-də çıxarılacaq. "Webroot" şirkətindən olan tədqiqatçıların sözlərinə görə, 2018-ci illə müqayisədə "Windows 7" sisteminə edilmiş kiberhücumların sayı 71% artıb. Ümumilikdə "Windows 7" əməliyyat sistemindən istifadə edən kompüterlər "Windows 10" sistemi ilə işləyən kompüterlərlə müqayisədə 2 dəfə daha çox hücuma məruz qalır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Windows 7" sisteminin idarəetməsi altında işləyən ev fərdi kompüterinin istifadəçilərinin hücum riskinə məruz qalma ehtimalı daha çoxdur, çünki yoluxma hallarının 64%-i bu qurğulara hədəflənib.

Məlumat üçün bildirək ki, dünyada mövcud olan kompüterlərin təxminən 30%-i əvvəlki kimi "Windows 7" sisteminin idarəetməsi altında işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.