Maraqlı

“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

19 Oktyabr 2019 08:31
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. "Titan Security Key" modeli "Yubico" şirkəti ilə birgə hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu ikimərhələli autentifikasiya üçün nəzərdə tutulub. "Google" hesabına daxil olmaq üçün istifadəçi ilk öncə parolu daxil etməli, bundan sonra USB-açarı kompüterə yerləşdirməli və ya "Bluetooth"-açardakı düyməyə sıxmalıdır. Açar, həmçinin başqa hesablarda, məsələn, "Facebook" və "Dropbox"da istifadə edilə bilər.

"Titan Security Key" modeli "USB-C" konnektoru üçün nəzərdə tutulub. Həmçinin "USB-A" üçün versiya və "Bluetooth" üzrə qoşulma üçün modifikasiya var. 40 dollar dəyərində olan USB daşıyıcını "Android", "Chrome OS", "macOS" və "Windows" əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğulara qoşmaq mümkündür.

Təhlükəsizlik açarları internet vasitəsilə yayılan kibertəhlükələrlə mübarizədə ən güclü metodlardan biri hesab edilir. 2018-ci ildə "Google" şirkəti bütün əməkdaşlarını belə qurğulardan istifadəyə məcbur edib və o vaxtdan etibarən heç bir uğurlu fişinq hücum halı qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.