Maraqlı

Dron bazarının həcmi 13,7 milyard dollara yaxınlaşacaq

19 Oktyabr 2019 08:46
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər yaxın bir neçə ildə kommersiya tipli pilotsuz təyyarələr bazarının çox sürətli inkişafını proqnozlaşdırırlar. Gözləntilərə görə, bu bazarda gəlir 2019-cu ildə təxminən 2 milyard dollardan 2025-ci ildə 13,7 milyard dollaradək artacaq. Həmçinin təxmin edilir ki, cari ildə kommersiya istifadəsi üçün dronların tədarük həcmi 500 mini ötəcək, 2022-ci ildə isə 1,5 milyona yaxınlaşacaq. "Tractica" şirkətinin proqnozu özünü doğrultduğu halda 2025-ci ildə kommersiya tipli dronların tədarük həcmi artıq 4 milyondan çox olacaq.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqat şirkəti biznes məqsədlər üçün pilotsuz təyyarələrə tələbatı artıracaq amillər sırasında dronlardan istifadə senarilərinin genişlənməsini, qiymət baxımından daha münasib avadanlıq və xidmətlərin əlçatanlığını, yüksək dəqiqlikli aerofotoqrafiyanın populyarlaşmasını, məlumatların təhlili funksiyasının tətbiqini, həmçinin sahə iştirakçıları tərəfindən qoyulmuş investisiyaların tez bir şəkildə geri qaytarılmasını göstərir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.