Maraqlı

Həddən artıq gülmək nədən qaynaqlanır? – Səbəblər

17 Oktyabr 2019 23:05
0 Şərh     Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gülmək həyatın hər anında pozitiv enerji verir. Gündəlik həyata, əhval-ruhiyyəyə təsir edən gülüş günün hansı istiqamətdə irəliləyəcəyini də müəyyən edə bilir. Bu gün gündəlik qayğılardan, sosial problemlərdən, işdən yorulan insanların unutduğu ən mühüm vərdiş elə gülüşdür. Lakin həddindən artıq gülməyin fəsadları da var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Türkiyəli Professor.Emin Önde araşdırmasında insanlarda meydana gələn bu bipolyar pozğunluğun gərəksiz yer və zamanda həddən artıq çox gülmə, özündən çıxma, mahnı oxuma, həddindən artıq özgüvən kimi simptomları olduğunu bildirib.

Onun sözlərinə görə , belə şəxslər cəmiyyətdə  adətən şən və gülərüz kimi tanınır.  Xəstəlik adətən özünü 20 yaş ərəfəsində göstərə və ya yaşamı boyunca bir neçə dəfə təkrarlaya bilər.  

Həmçinin bu pozğunluğa şəxsin keçirdiyi travma,xəstəliklər, çətin həyat şərtləri də səbəb olur. Burada genetik faktorda əsas rol oynayır. Bipolyar pozğunluğu olan şəxslərin uşaqlarında da bu xəstəliyin yayılması  ehtimalı mümkündür.

Bu tip xəstələr adətən xəstəliklərindən xəbərsiz olurlar və özlərini mükəmməl, ölümsüz hesab edirlər. Eyni zamanda xəstənin ailəsi də xəstəliyin fərqində deyil.
Professor bildirib ki, bu tip xəstəliyin müalicəsinin mümkündür. Adətən anti depressiv həblər, duyğuların idarəsini təmin edən dərmanlardan istifadə edilir. Lakin müalicə davamlı olmazsa, xəstəli özünü təkrar göstərə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.