Maraqlı

Hollivud aktyorunun oğlu anasını öldürdü - FOTO

17 Oktyabr 2019 11:15
0 Şərh     Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud aktyoru Ron Elinin Santa-Barbaradakı (Kaliforniya ştatı) evində faciə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun 62 yaşlı həyat yoldaşı, "Miss Florida 1981" gözəllik müsabiqəsinin qalibi Valeri Ladin Eli 30 yaşlı oğlu Kameron Eli tərəfindən qətlə yetirilib.

Harvard Universitetinin məzunu Kameron hadisə yerinə gələn polislər tərəfindən güllələnib.

Həyat yoldaşının qətlə yetirildiyi vaxt aktyor evdə olub və zərər çəkməyib.

"Daily Mail" yazır ki, Kameron Valerinin öldürülməsində Ronu günahlandırmağa cəhd edib. Cavan oğlan özü polisə zəng edib və ağlaya-ağalaya atasının anasına hücum etdiyini deyib.

Cinayətin səbəbi hələ aydın deyil.

Qeyd edək ki, 81 yaşlı Ron Eli 1960-cı illərdə çəkilən "Tarzan" serialında yaratdığı baş rolla məşhurlaşıb. O, həmçinin, "Fantaziyalar adası", "Möcüzə-qadın", "Dok Sevidc: bürüncdən insan" və s. filmlərdə çəkilib. 80-ci illərdə "Miss Amerika" gözəllik müsabiqəsinin aparıcısı olub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.