Maraqlı

Deniz göz yaşı tökdü - "Dua edin"

17 Oktyabr 2019 10:38
0 Şərh     Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Deniz Sekinin anası Güler Seki xəstəxanaya aparılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, beynində şiş olması səbəbilə dörd dəfə əməliyat edilən qadının halı yenidən pisləşib.

Anasına hədsiz bağlılığı ilə bilinən sənətçi onun konsertdən fotosunu sosial şəbəkədə paylaşaraq pərəstişkarlarından dua etmələrini istəyib.

"Anam çox xəstədir. Nə olar dua edin. Sevənlərimin dualarına ehtiyacım var", - ifaçı yazıb.

Çoxsaylı izləyicilərlə yanaşı, Seda Sayan, Deniz Çakır, Nur Yerlitaş kimi məşhurlar da onun paylaşımından yan keçməyərək, anasına şəfa diləyiblər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.