Maraqlı

Hadisə mühafizəçisini işdən çıxardı, qalmaqal yarandı

16 Oktyabr 2019 20:54
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin pop ulduzu Hadisənin mühafizəçisini işdən çıxarması qalmaqala səbəb olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən insidentdən sonra işdən qovulan Mehmet Y-nin xanımı Gülşah Y. ilə sənətçinin meneceri, bacısı Hülya Açıkgöz məhkəməlik olub.

Buna səbəb qarşı tərəfin H. Açıkgözə şantaj xarakterli mesaj yazması olub. Gülşah Y. Sosial Müdafiə Qurumuna şikayət edəcəyini, TV-yə çıxıb qalmaqallı açıqlamalar verəcəyini bildirib.

Müğənninin bacısı isə hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs H. Açıkgözü təhdid etmədiyini, onların diqqətini çəkmək üçün kobud tərzdə mesaj yazdığını vurğulayıb.

"Ərim 6 ay Hadisənin sığortasız mühafizəçisi olub. Əməyinin qarşılığını da almayıb"- deyə Gülşah Y. bildirib.

Hakim mesajların bəsit hədə xarakterli olduğunu bildirərək Gülşah Y.-nın müəyyən miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.