Maraqlı

Dünyada ilk dəfə şəkərli içkilərin reklamı qadağan ediləcək

16 Oktyabr 2019 11:26
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapur dünyada tərkibində yüksək dərəcədə şəkər olan içkilərin reklamını qadağan edəcək ilk ölkə olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istehsalçılara içkiləri televiziyada, çap və internet mediasında, eləcə də radioda reklam etmək qadağan olunacaq. Ölkənin Səhiyyə naziri Edvin Tonqun sözlərinə görə, bu qərar "diabetə qarşı müharibə"yə addımdır. 

Qadağa şirə, alkoqolsuz içki, yoqurt və həll olunan kofeyə aiddir. Bundan əlavə, nazirlik şirin içki istehsalçılarını öz məhsullarında şəkərin miqdarı haqda rəngli etiket yerləşdirməyə məcbur edəcək.

Nazirlikdə qeyd ediblər ki, yaxın aylar ərzində yeniliyə dair istehsalçı və istehlakçıların rəyləri toplanacaq. Bundan sonra  isə qurum qanunun qüvvəyə minməsinin dəqiq tarixini açıqlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.