Maraqlı

Yeni doğulan körpə hər kəsi təəccübləndirdi - FOTO

15 Oktyabr 2019 20:58
0 Şərh     Baxış: 2 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Sidney şəhərində 5 kq 88 qram çəkisi olan qız uşağı dünyaya gəlib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 27 yaşında olan ana Emma Millar hamiləliyinin 35-ci həftəsində uşağının 4 kq olduğunu öyrənib, ancaq onun daha çox böyüməyəcəyini düşünüb.

Üç həftə sonra dünyaya gələn uşağın çəkisi isə 5 kq 88 qram olub. Onun sağlığında heç bir problemin olmadığı bildirilib.

Anası qızı Remi Frances haqqında bu sözləri deyib:

"Övladım balaca suma güləşçisi kimidir. Diabet xəstəliyi səbəbindən qızımın böyük olacağını bilirdim, ancaq onun bu qədər böyük olacağını gözləmirdim".

Qeyd edək ki, Avstraliyada ortalama körpələrin çəkisi 3 kq 3 qramdır. Buna görə də dünyaya gələn qız uşağının çəkisi ölkədə marağa səbəb olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.