Maraqlı

“Apple” ucuz “iPhone” təqdim edəcək

17 Oktyabr 2019 08:11
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası 2020-ci ilin əvvəlində "iPhone SE 2" smartfonunu təqdim edəcək. Bu haqda tanınmış analitik Min-Çi Ko deyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "iPhone" 8 korpusunda təqdim ediləcək smartfon texniki xüsusiyyətlərinə görə "iPhone 11" cihazına yaxın olacaq: "A13" prosessoru, 3 QB əməli yaddaş və 64/128 QB daşıyıcı. Telefon "3D Touch" texnologiyasını dəstəkləməyəcək. Aparat 3 rəngdə (qara, ağ və qırmızı) əlçatan olacaq.

2020-ci ilin birinci yarısında sözügedən aparatın satışına başlanılacaq. Minimal konfiqurasiya ilə təchiz edilmiş versiyanın qiyməti 400 dollar təşkil edəcək ki, bu da "iPhone 8" aparatının indiki qiymətindən 50 dollar ucuzdur.

Orijinal "iPhone SE" aparatı 2015-ci ildə təqdim edilib, bu aparatın istehsalı "Xs" cihazının təqdim edilməsindən sonra dayandırılıb. Smartfon indiyədək şirkət tərəfindən dəstəklənir və hazırda "iOS" sisteminin son versiyası sözügedən aparat üçün əlçatandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.