Maraqlı

Perl 6 Raku olacaq

17 Oktyabr 2019 08:41
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Perl proqramlaşdırma dilinin yaradıcısı Larry Wall, Perl 6-nın adının Raku-ya dəyişdirilməsi təklifini qəbul edib. Raku adı isə Perl 6-nın kompilyatoru olan Rakudo-dan götürülüb. Bu barədə Opennet.ru saytı xəbər verib. Tərtibatçılar artıq bu ada adət ediblər və o, axtarış sistemlərində digər layihələrdə üst-üstə düşmür. Qeyd etmək lazımdır ki, Perl 6-nın adının dəyişdirilməsi bu ilin avqust ayının əvvəlindən aktiv şəkildə müzakirə edilir.

Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən layihənin Perl 6 adı altında inkişaf etməsinin istənilməməsinin əsas səbəbi isə ondan ibarətdir ki, Perl 6 Perl 5-in davamçısı kimi təqdim olunmadı. Nəticədə o, tamamilə ayrı proqrmalaşdırma dilinə çevrildi. Beləliklə elə bir vəziyyət yarandı ki, Perl adı altında bir-birindən asılı olmayan və paralel inkişaf edən iki dil ortaya çıxdı.

Bununla yanaşı onlar bir-biriləri ilə heç ilkin mətnlər səviyyəsində uyuşmurlar və hər bir dilin öz tərtibatçı kütləsi var. Bir-birindən tamamilə fərqlənən lakin eyni adı istifadə edən proqramlaşdırma dillərinin mövcudluğu isə öz növbəsində istifadəçilər arasında çaşqınlıq yaradır və onlar düşünürlər ki, Perl 6 sadəcə olaraq Perl proqramlaşdrma dilinin yeni versiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.