Maraqlı

Tesla gələn ay elektropikap prototipini təqdim edəcək

17 Oktyabr 2019 22:20
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tesla şirkəti Amerika maşın bazarında çevriliş edə bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət böyük şəhərlərdən kənarda fərdi nəqliyyat vasitələrinin elektrikləşdirilməsi istiqamətində vacib addım atacaq.

Tesla elektropikap istehsalını demək olar ki, sona çatdırıb. Şirkətin rəhbəri İlon Mask yeni modelin prototipinin gələn ay ictimaiyyətə təqdim olunacağını deyib.

Elektropikaplar barədə xəbərlər hələ ilin əvvəlindən dolaşır. Avtomobilin birdəfəyə 640-800 km məsafə qət edə biləcəyi və dəyərinin 50 min dollardan az olacağı məlumdur.

Əsas sir pərdəsi isə pikapın görünüşü ilə bağlıdır. Mart ayında kompakt Tesla Model Y krossoverinin təqdimatında yayımlanan yeganə görüntü hansısa ipucu verməyib. İ.Mask isə pikapın futuristik görünüşə sahib olacağı barədə sualları açıq buraxıb.

Qeyd edək ki, pikaplar Amerika avtomobil bazarında əhəmiyyətli yer tutur. Buna görə də onların elektrikləşdirilməsi çox vacibdir. Ford, General Motors və Rivian kimi avtomobil istehsalçları elektromobil istehsalına maraq göstərsələr də, bu sahədə lider hələ ki, Tesla şirkətidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.