Maraqlı

Torpağa basdırılmış körpə üç gün sonra xilas edilib

16 Oktyabr 2019 04:30
2 Şərh     Baxış: 2 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda ailə cütlüyü gil qabda torpağa basdırılmış körpəni xilas edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Uttar-Pradeş ştatından olan tacir Hiteş Kumar Sirohi həyat yoldaşı ilə birgə doğuş zamanı tələf olmuş qızlarını basdırmaq üçün qəbiristanlığa gediblər. Qəbir qazılarkən təxminən bir metr dərinlikdə içərisində qız uşağı olan gil qab aşkarlanıb.

Ər-arvad tibb işçiləri gəlincə körpənin ağzına pambıqla süd damızdırmağa çalışıb.

Körpə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin sözlərinə görə, qızcığaz təxminən üç gün torpaq altında qalıb və onun xilası əsl möcüzədir. Hazırda körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ştat polisi körpəni diri-diri basdıran valideynlərin axtarışına başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.