Maraqlı

Renault Arkana krəş-testdən uğurla çıxıb - VİDEO

15 Oktyabr 2019 21:01
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Renault Arkana modelinin Azərbaycandakı satışlarına bir müddət bundan öncə start verilib. Bu müddət ərzində fransız markasının ilk kupe-krossoveri Autograph dərgisinin testlərində də iştirak edib. Krossover cəlbedici dizayna və yaxşı dinamik xarakteristikalara malikdir. Bəs təhlükəsizlik?

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu yaxınlarda Rusiyanın "Avtorevyu" nəşrində çalışan həmkarlarımız Renault Arkana modelinin krəş-testlərini həyata keçiriblər. Avtomobili 64 km/saat həddində deformasiya olunan baryerə çırpıblar. ARCAP metodikası ilə həyata keçirlmiş testdə fransız-rus krossoveri 16 mümkün xaldan 15,8 xal toplayıb. Qeyd etmək lazımdır ki, bu əla nəticədir.  

"Avtorevyu" avtomobilin təhlükəsizlik sistemlərinin dəqiq işə düşdüyünü, salon qəfəsinin bütövlüyünü qoruduğunu, sürücü qapısının asanlıqla açıldığını, sükan çarxının və pedalların cüzi yer dəyişdiyini, əsas yerlərdə metalda olan qatların və üzülmələrin olmadığını qeyd ediblər.

Bəs Arkana nədən ən yüksək xalı ala bilməyib? Səbəb kimi sürücü və sərnişinin baldırına düşən yüksək yükləmə göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.