Maraqlı

GAC Trumpchi GS8 modelini yeniləyib - FOTO

15 Oktyabr 2019 22:01
0 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tamölçülü GAC Trumpchi GS8 krossoveri üç il bundan öncə debüt edib. Bu günlərdə çin istehsalçısı modelin yenilənmiş versiyasını yerli jurnalistlərin ixtiyarına verib. Xatırladaq ki, GAC Trumpchi GS8 modeli CMPA (Cross Platform Modular Architecture) platformasında inşa edilib. Bu platforma Fiat şirkətinin Alfa Romeo 166 və Lancia Thesis modelləri üçün istifadə etdiyi arxitekturanın gücləndirilmiş və təkmilləşdirilmiş versiyasıdır. GAC bu platformaya lisenziyanı 2008-ci ildə satın alıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, yenilənmədən sonra 4835 millimetrlik krossover tanınan zahiri görkəmini qoruyub-saxlayıb. Eksteryerdə baş vermiş dəyişiklik yeni bamperlərdən ibarətdir. Öz növbəsində bamperlərdən duman əleyhinə fənərlər yoxa çıxıb - onların funksiyasının icrasını ön LED fənərlərə həvalə ediblər.

Eksteryerdən fərqli olaraq, interyerdə daha ciddi dəyişikliklər baş verib. Avtomobil əvvəlki kimi üç oturacaq cərgəsi və yeddi yer təklif edir. Yeni ön panel əvvəlkinə bənzəsə də, onların ümumi detalları mövcud deyil. "Ağacı" dekorlar yumşaq elementlər, analoq cihazlar paneli isə rəqəmsal panel ilə əvəzləniblər. Salonda yeni sükan çarxı da peyda olub. Bundan başqa, ön paneldəki düymələrin sayı radikal şəkildə azaldılıbdir: klimat-kontrol və audiosistemin idarə edilməsi qismən iri ölçülərə malik olan sensorlu displeyə həvalə edilib. "Avtomatın" selektoru isə artıq qeydə alınmayandır.

Krossoverin təchiz edildiyi yeganə 2,0-litrlik turbomühərrikin gücü 252 at qüvvəsinə və 390 Nm-ə qədər artırılıb. Əvvəllər mühərrikin hasilatı 201 at qüvvəsi və 320 Nm təşkil edirdi. Altıpilləli avtomatik ğtürmələr qutusu və BorgWarner firmasının çoxdiskli muftaya malik olan tam ötürmə sistemi dəyişilməz qalıb. Krossoverin baza variantları əvvəlki kimi öndənçəkişli olacaqdırlar.

Yenilənmiş krossoverin Çindəki satışlarına gələn ay başlanmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.