Maraqlı

Yeni Skoda Rapid modelinin ilk təsviri dərc edilib - FOTO

17 Oktyabr 2019 21:01
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skoda şirkətinin Rusiya nümayəndəliyi yeni nəsil Rapid liftbekinin ilk təsvirini dərc edib. Bu model xüsusi olaraq Rusiya bazarı üçün hazırlanıbdır. Eskizdən göründüyü kimi, liftbek Scala hetçbekinin dizayn üslubunda eksteryerə malik olacaqdır. Məlumdur ki, Skoda şirkəti Scala modelini Rusiyada təklif etmir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, çex markasının Ruisya nümayəndəliyinin rəhbəri Yan Prohazka 2020-ci ildə "xüsusi olaraq rusiyalılar" üçün hazırlanmış Rapid modelinin debüt edəcəyini bildirib. Rusiyadan başqa, bu model bir neçə ölkədə də təklif olunacaqdır. Lakin o, bu ölkələri dəqiqləşdirməyib. Çox güman ki, bu ölkələrdən biri də Hindistandır.

Üstəlik, "Za rulyom" jurnalına müsahibə verən Skoda rəsmisi Avropa bazarında Rapid modelini əvəzləmiş Scala modelinin Rusiyada satılmayacağını bildirib. Xatırlayırsınız isə, Skoda Rapid iki kuzovla - liftbek və Spaceback adlanan universal kuzovu ilə təklif edilirdi. Çex markası rusiyalılar üçün ikinci nəsil Rapid liftbekini hazırlamaq niyyətindədirlər. Bəs Spaceback? Bu barədə söhbət belə açılmayıb. Məlum məsələdir ki, Spaceback əsasən avropalılara ünvanlanmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.