Maraqlı

Depressiya Altsheymer riskini ikiqat artırır - Araşdırma

14 Oktyabr 2019 20:14
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Depressiya Altsheymer xəstəliyi riskini ikiqat artırır.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Kaliforniya universitetində aparılan araşdırmaya görə, keçmişdə depressiya keçirən və müalicə edilməyən şəxslərdə Alstheymer xəstəliyinə tutulma riski iki qat çox olur. 

Araşdırma zamanı məlum olub ki, depressiyadan müalicə alan şəxslərdə Alstheymerə yoluxma riski azalır. Mütəxəssislərə görə, Altsheymer 65  yaşından sonra insanlarda müşahidə edilir.

Qadınlar depressiyaya daha çox meylli olduğu üçün Altsheymerə yoluxma riski də qadınlar üçün daha böyükdür.

Müalicə edilməmiş depressiya insanda ağır travma yaradır. Keçmişdə ağır psixoloji travma yaşamış insanlar bu xəstəliyə daha çox yoluxur. 

Aparılan araşdırmada 3535 nəfər iştirak edib. Həmçinin qeyd edilib ki,  Altsheymer xəstələri yaxın keçmişi unutmasına baxmayaraq, uzaq olan keçmişi daha yaxşı xatırlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.