Maraqlı

Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı

14 Oktyabr 2019 14:01
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur müğənnisi, TV 8-də yayımlanan "O səs" yarışmasının münsifi Seda Sayanın sürücülük vəsiqəsi əlindən alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin sərxoş halda avtomobil idarə etməsi olub.

İstanbulun Zincirlikuyu ərazisində saxlanılan ifaçının spirtli içkidən istifadə etdiyi məlum olub. S.Sayanın vəsiqəsi altı ay müddətinə əlindən alınıb.

"İldə 2-3 dəfə maşın sürürəm. Onda da sərxoş halda saxlanılıram" - Seda mövzu barədə açıqlama verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.