Maraqlı

"BMW" ilə qəzaya düşdülər, vertolyotla xilasedicilər gəldi - Maşın özü çağırıb - FOTO

14 Oktyabr 2019 11:22
1 Şərh     Baxış: 5 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BMW" şirkətinə məxsus avtomobildəki "911-ə zəng" xidmətinin işə düşməsi nəticəsində 14 yaşlı yeniyetmə ölümdən dönüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada yaşayan 40 yaşlı Claire Duke adlı qadın "BMW M3" markalı avtomobili ilə qəza törədib.

İdarəetməni itirən qadın maneəyə çırpılıb. Bu əsnada o və avtomobildə olan iki oğlu xəsarət alıb. Qadın özünə gələndə avtomobildən "Biz sizin harada olduğunuzu bilirik, kömək çağırmışıq, narahat olmayın" deyə səs eşidib.

Ətrafda kimsəni görməyən qadın təəccüblənib. Bir neçə dəqiqə sonra isə hadisə yerinə ambulans helikopter cəlb olunub və onun başından ağır zədə alan oğlu vertolyotla xəstəxanaya çatdırılıb.

Mətbuata açıqlama verən Claire bildirib ki, qəza baş verən vaxt təhlükəsizlik kəmərləri açıq olub və qəza baş verən zaman havaşarı açılıb.

Qadının dediyinə görə, onun avtomobili 2014-cü istehsalıdır və bu avtomobildə qəza baş verən zaman hava şarı açılan anda 911-ə zəng gedir.

"Qəza baş verəndən bir neçə dəqiqə sonra özümə gələndə gördüm ki, ətrafdan qəribə səs gəlir, həmin anda səsin hardan gəldiyini müəyyən edə bilməmişdim. Sonradan başa düşdüm ki, bu "BMW"-nin funksiyasıymış.

Xilasedicilər vaxtında əraziyə gəlməsəydi, bəlkə də, 14 yaşlı oğlum öləcəkdi", - deyən qadın şirkətə təşəkkürünü bildirib.

Məsələ ilə bağlı "BMW"-nin təmsilçisi açıqlama verib. O bildirib ki, avtomobilə yerləşdirilən sim kart sayəsində qəza anında sərnişinlərdən reaksiya olmazsa 911-ə zəng gedir.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.