Maraqlı

Cənab Salmanın ölən zaman verdiyi 3 tövsiyə

15 Oktyabr 2019 23:40
0 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmamlar (ə) Salman Farsinin məqamından agah olduqları üçün, ona qarşı xüsusi ehtirama malik idilər. Belə ki, İmam Sadiqə (ə) deyirlər: "Siz Salman Farsini çox yada salırsınız".

İmam (ə) buyurur: "Salman Farsi demə, bəlkə Salman Muhəmmədi de. Mən onu malik olduğu üç sifətinə görə çox istəyirəm.

1. İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. Budur vilayəti qəbul etməyin həqiqəti.

2. Yoxsulları sevirdi və onları zəngin insanlardan üstün tuturdu.

3. Saleh bəndə və Allaha təslim olan idi, müşrik deyildi".

Salman Peyğəmbərin (s) ən yaxın səhabələrindən olmuşdur və imanı, təqvası, iffəti və başqa fəzilətləri başqa səhabələrin dilində əzbər idi. Peyğəmbər (s) onu çox sevərdi. O da Peyğəmbəri (s) hər bir şeydən üstün tutardı və onun əmrlərini sorğu-sualsız yerinə yetirərdi.

Nəql olunur ki, Salman can verən zaman müsəlmanlara üç tövsiyə vermişdir:

Üç yerdə Allahı yada salın:

1. Nə zaman bir işdə qərar vermək istəsəniz.

2. Nə zaman bir məsələdə hökm vermək istəsəniz.

3. Nə zaman bir şeyi bölmək istəyərkən".

İmam Əlinin (ə) səhabələrindən olan Əsbəğ ibni Bənabə nəql edir: "O zaman ki, Salman dünyasını dəyişdi, biz onun cənazəsini qəbrə qoymazdan əvvəl ata minən qəmli bir insan bizə tərəf gəldi və salam verdi. Buyurdu: "Salmanın cənazəsini hazırlamaqda tələsin".

O, bütün lazım olan şeyləri gətirmişdi və biz də ona yardım etdik. Bu işləri görəndən sonra cənazəyə namaz qıldı və cənazəni dəfn etdik. O, kişi İmam Əli (ə) idi, Salmanı dəfn etmək üçün Kufədən Mədainə gəlmişdi.

Dəfn etməzdən əvvəl Həzrət (ə) əbanı Salmanın üzündən kənara çəkdi.

Salmanla sağollaşmaq üçün qəmli və ürək yandıran sözlər dedi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.