Maraqlı

Qadın zöhr namazını qılmadan heyz olarsa...

15 Oktyabr 2019 21:04
0 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın günorta zöhr namazını qılmadan heyz olarsa, paklandıqdan sonra həmin namazı qəza etməlidirmi?

Bu məsələdə qadının nə zaman heyz olması mühümdür. Əgər qadın zöhr vaxtından əvvəl heyz olmuşsa, o halda zöhr və əsr namazları onun öhdəsindən götürülüb.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər zöhr vaxtı daxil olandan sonra, dəstəmaz alıb zöhr namazını qılacaq qədər vaxt keçdikdən sonra heyz olmuşsa, amma zöhr namazını qılmamışsa, bu halda pak olduqdan sonra həmin zöhr namazını qəza etməlidir. Əgər zöhr vaxtı daxil olduqdan sonra, dəstəmaz alıb zöhr və əsr namazlarını qılacaq qədər vaxt keçdikdən sonra heyz olmuşsa və namazları qılmamışsa, bu halda pak olduqdan sonra həm zöhr, həm də əsr namazlarını qəza edəcək. Bu məsələdə namazları hansı səbəb üzündən qılmaması mühüm deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.