Maraqlı

Sarayda eşq macərası: XIII əsrdə yazılmış erotik roman tapıldı - FOTO

12 Oktyabr 2019 17:12
0 Şərh     Baxış: 2 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Bristol Universitetinin araşdırmaçıları 1200-cü illərdə yazılmış erotik bir əsər olan "Qızılgül" ("Le Roman de la Rose") adlı romanın səhifələrini tapıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu kəşf bəzi məsələlərin müasir dünyadan əvvəl də mövcud olduğunu ortaya qoyur.

Günümüzdə "Bozun əlli çaları" ən məşhur erotik roman olsa da, əslində bu cür kitabların kökləri əsrlər əvvələ gedib çıxır. Bristol Universitetinin araşdırmaçıları 1200-cü illərdə yazılmış "Qızılgül" adlı romanın yoxa çıxmış səhifələrini tapıb.

Orta əsrlərdə Fransa ədəbiyyatında önəmli bir yerə sahib olan kitab 1227-cü ildə Gill de Lorris adlı yazıçı tərəfindən qələmə alınıb.

Sarayda baş verən məhəbbət macəralarından bəhs edən "Qızılgül" dövründə "Bozun əlli çaları" qədər məşhur olub. Cinsi əlaqə ilə bağlı cəsarətli ifadələr səbəbindən kilsənin diqqətini üzərinə çəkən kitab 1300-cü illərdə şair Cefri Coser tərəfindən yenidən üzə çıxarılıb.

Bu nadir əsəri yeparxiyanın arxivindən tapan Bristol Universitetinin professoru Marina Aylz roman haqda bunları deyib:

"Səhifələri görər-görməz əlimizdə "Qızılgül"ə aid möhtəşəm bir əsərin olduğunu hiss etdim. Habelə əlyazmanın orijinal olduğunu görəndə gözlərimə inana bilmədim. "Qızılgül" həqiqətən də dönəmin ən çox alınan kitabı idi".

Professor tapılan səhifələrdə iki nəfər arasında keçən cinsi əlaqədən bəhs etdiyini bildirib. O bu səhifələrin orta əsrlərdə yazılmış əsərlərin araşdırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.