Maraqlı

Satya Nadella: 'Windows Microsoft şirkəti üçün artıq prioritetli deyil'

13 Oktyabr 2019 23:55
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Microsoft dedikdə bir çoxlarının ağıllarına ilk növbədə Windows əməliyyat sistemi gəlir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Microsoft şirkətinin rəhbəri bildirib ki, şirkətin yeni prioritetləri yaranıb. Bununla yanaşı o, Microsoft-un Google ilə əməkdaşlığından da danışıb. Bu barədə The Verge saytı xəbər verib. Microsoft şirkətinin CEO-su Satya Nadella bildirib ki, Windows əməliyyat sistemi şirkət üçün artıq ən vacib səviyyə sayılmır. Onun sözlərinə əsasən yaxın gələcəkdə şirkətin əsas prioriteti Microsoft Graph layihəsi olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu, müxtəlif cihazları Microsoft şirkətinin bulud servisləri ilə birləşdirən API-lar yığımıdır. Bununla yanaşı Microsoft şirkəti Google ilə əməkdaşlıq miqyasını da genişləndirməyi plalaşdırır. Bir neçə müddət bundan öncə təqdim edilmiş Surface Duo smartfonu məhz Android əməliyyat sistemi vasitəsilə çalışır. Həmin təqdimat zamanı Microsoft bildirmişdi ki, o, Google ilə birlikdə iki ekranlı cihazlar və digər layihələr üzərində çalışır.

Satya Nadella onu da qeyd edib ki, şirkətin korporativ müştəriləri hələ də Windows əməliyyat sisteminə və şirkətin Micrososft Offce kimi tətbiqlərinə üstünlük verirlər. Lakin kompüterlər bazarı yavaş-yavaş mobil seqmentə inteqrasiya edilir. Artıq daha çox tətbiq krossplatform xarakteri daşıyır və klassik əməliyyat sistemləri yerinə veb texnologiyalardan istifadə edirlər. Şirkətin əsas məqsədi isə fərdi proqram təminatlarını tərtibatçıların müxtəlif əməliyyat sistemləri ilə uyğunlaşmasını təmin etməkdir. Müxtəlif platformalarda çalışan tətbiqlər barəsində məlumatı isə Satya Nadella yaxın aylar ərzində verəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.