Maraqlı

Turistlər ən çox buranı ziyarət edir

8 Oktyabr 2019 18:29
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur "Columbus Direct" dünyanın ən çox turist gedən yerlərinin siyahısını hazırlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, siyahı əsasən bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayına görə hesablanıb.

İlk yerdə Taylandda yerləşən Phuket adası olub. Burada 1 kvadratmilə 5090 turist düşüb. Belə ki, il ərzində adanı 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist ziyarət edib.

İkinci yerdə isə İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı olan Palma-de-Mayorka dayanıb. Burada bir kvadratmilə 2918 turist düşüb.

Üçüncü yerdə isə yenə də Taylanddakı Pattayya adası dayanıb. Burada 1 kvadratmilə 2762 turist düşüb.

Siyahıda dördüncü yerdə Paris, beşincidə isə Barselona qərarlaşıb. Parisdə 1 kvadratmilə 1174, Barselonada isə  605 turist düşüb.

Siyahının davamında isə Kuala-Lumpur, Milan, Osaka, Sinqapur, Nyu-York yer alıb.

Taylandın paytaxtı Banqkok 2018-ci ildə dünyanın ən çox turist gedən şəhəri olub. Bir il ərzində şəhər turizimdən 20,03 milyard dollar qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.