Maraqlı

Türkiyəli professora ağciyər köçürüldü: “Gələn il öləcəkdim”

8 Oktyabr 2019 22:35
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beş il ömrü qalan həkim ağciyər transplantasiyası ilə sağlamlığına qovuşub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Türkiyəli  professor Ender Kazazoğlu 2011-сi ildə böyrəklərindəki ağrı ilə bağlı müayinə olunub. Bu zaman həkimdə idiopatik fibroz xəstəliyi (səbəbi bilinməyən ağciyər sərtləşməsi) aşkarlanıb. Həkimlər ona 5 il ömrü qaldığını bildirib. Tək çarənin ağciyər köçürməsi olduğunu bildiriblər.

Həkim, xəstəliyi irəlilədikcə tənəffüs almaqda çətinlik çəkməyə başladığını bildirib. Onun sözlərinə görə, həyatının ilk şokunu 5 il ömrünün qaldığını eşidəndə yaşayıb. İlk iki ili o,  tənəffüs aparatı vasitəsilə nəfəs almasını təmin edib.

İşə gedib gəlməkdə, hətta yeriməkdə belə çətinlik çəkən həkim xəstəliyinin çarəsi ilə maraqlanmağa başlayıb. O, Vyana şəhərindəki bir xəstəxanada  30 ildir ağciyər nəqli ilə məşğul olan professorla tanış olub. Transplantasiya üçün növbə alan həkimin şansı gətirib. Belə ki, 3-5 ay gözlədikdən sonra ona uyğun donor tapılıb.  2014-cü ildə Vyanada həmin xəstəxanada 9 saatlıq əməliyyatla ona ağciyər köçürüblər.  

Yeni ağciyərdən  sonra həkim normal həyatına geri dönüb:  

"2014-cü ildə əməliyyat olmasaydım, bir il sonra öləcəkdim. Lakin indi yaşayıram, bildiyim bütün elmi biliyimi tələbələrimə öyrədirəm. Donorum olmasaydı, bunlar mümkünsüz olardı. Düşünürəm ki, orqan bağışlanması sahəsində insanlar daha çox informasiya ilə təmin olunmalıdır"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.