Maraqlı

Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu

8 Oktyabr 2019 22:05
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Trabzon bölgəsində yeni doğulan körpənin daxili orqanlarının əks istiqamətdə yerləşdiyi  və nazik bağırsağının inkişaf etmədiyi aşkarlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hələ ana bətnində olarkən müayinə olunan körpənin bağırsaqlarında problem olduğu aşkarlanıb və nəzarətə götürülüb. Doğulduqdan sonra isə müəyyən olub ki, onun ürəyi, mədəsi və dalağın sağda, qaraciyəri isə solda yerləşir.

Bu hadisə tibdə "situs inversus totalis" adlanır. Həkimlər bildirib ki, orqanların əks istiqamətdə yerləşməsi uşaq üçün təhlükə olmasa da, nazik bağırsağın düzgün inkişaf etməməsi və yarımçıq olması körpə üçün həyati riski artırır.

Bu səbəbdən hələ 3 günlük olarkən əməliyyat edilən körpə, dünyaya gəlişinin 39-cu günündə sağlığına qovuşub.  Təqribən 2 saata yaxın baş tutan əməliyyatda onlar körpənin nazik bağırsağının inkişaf etməyən bəzi hissələri çıxarılıb və sağlam bağırsaqdan həmin hissəyə əlavə edilib.

Həkimlər bildirib ki, bu, körpələrdə nadir görülən xəstəlikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.