Maraqlı

Kola içib, komaya düşdü

8 Oktyabr 2019 10:08
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada yaşayan Elizabet Perkins şəkərsiz kola içdikdən sonra komaya düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2 uşaq anası olan Elizabetin şəkərsiz içkilərin tərkibinə qatılan süni şəkərəvəzedici olan aspartama allergiyası varmış. O, restoranda adi içki sifariş etsə də, qadına şəkərsiz kola gətiriblər.

"Bir udum aldıqdan sonra başım fırlandı, özümü pis hiss etməyə başladım. Daha sonra nə olduğunu bilmirəm. 3 gün komada olmuşam", - o bildirib.

Qeyd edək ki, aspartama allergiyası olan insanların bədənində onu parçalayan ferment çatışmadığı üçün bu cür içkilər həmin insanların hətta ölümünə səbəb ola bilər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.