Maraqlı

Spirt ən çox bu orqana zərər vurur: 200-dən çox xəstəliyin yaranmasında başlıca faktor

12 Oktyabr 2019 23:20
1 Şərh     Baxış: 2 070

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan dünyasını dəyişir.

Bu ciddi problemə ictimaiyyətin nəzərini cəlb etmək və həll yollarını müəyyən etmək üçün hər il oktyabrın 3-də Ümumdünya Alkoqolizmlə Mübarizə günü qeyd edilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) açıqladığı məlumatda bildirilir ki, spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Bu gün alkoqolizm ürək-damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir.

Alkoqoldan kəskin istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxara bilər.

Alkoqolizm nəticəsində mədənin selikli qişası, onun fermentasiya funksiyası pozulur. Spirt xüsusən qaraciyərə zərər vurur. Alkoqol qəbul etmə fonunda hepatit xəstəliyi ağır keçir, qaraciyər sirrozu daha tez özünü büruzə verir, pankreatit müşahidə olunur və mədəaltı vəzinin zədələnməsi ilə diabet xəstəliyinin əmələ gəlmə ehtimalı xeyli artmış olur.

Müntəzəm olaraq içki içən kişilərin təxminən 1/3 hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır.

Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25%-i alkoqol istifadəsi ilə əlaqədardır.

Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, həm də bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi. · 13 Oktyabr 10:4900

    Alkasi nezerde tutmuram.Icki icmek xeyirlidi.Qana yaxsi tesir edir.Infarktan yayindirir.Gec gec xestelenir icen sexs.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.