Maraqlı

Evində lüt gəzən qadın həbs edildi - Məhkəməsi keçiriləcək - FOTO

6 Oktyabr 2019 16:34
0 Şərh     Baxış: 3 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Yuta şəhərində evində çılpaq gəzən qadın barəsində cinayət işi açılıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Talli Bukanan adlı qadın ögey övladlarının anasının şikayəti əsasında tutulub.

Belə ki, bir müddət əvvəl Bukananın ərinin ilk evliliyindən olan uşaqları onun evinə gəlib. Bu zaman uşaqlar qadının qarajda çılpaq vəziyyətdə nəyisə təmir etdiyini görüblər. Sərxoş vəziyyətdə olan Tilli Bukanan uşaqlara məəl qoymayıb və paltar geyinməyib.

Daha sonra hadisə barəsində uşaqlar doğma analarına danışıblar. Həmin qadın Tilli Bukananın sərxoş vəziyyətdə yetkinlik yaşına çatmamış uşaqların psixologiyasını zədələmək iddiası ilə ondan şikayət edib.

Bildirilir ki, T.Bukanan barəsində 3 maddə ilə cinayət işi açılıb və onu 10 ilədək həbs cəzası gözləyir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.