Maraqlı

Həyatının yarısını kişi, yarısını qadın cildində yaşayan CASUS Rusiyaya necə keçdi? - MARAQLI FAKTLAR - FOTO

6 Oktyabr 2019 12:40
1 Şərh     Baxış: 2 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixdə bu gün, 6 oktyabrda Valentin Pikulun məşhur "Pero və Şpaqa ilə" romanının real qəhrəmanı, fransız zadəganı, kral XV Lüdovikin "Kral sirri" diplomatik şəbəkəsinin gizli agenti, həyatının yarısını kişi, yarısını qadın cildində yaşayan, tarixin ən maraqlı şəxsiyyətlərindən biri şevalye D'Eon anadan olub.

Zəif bədən quruluşuna baxmayaraq, şevalye öz dövrünün ən yaxşı qılıncoynadanlarından biri hesab edilirdi.

Kimdir şevalye D'Eon? Casus? Diplomat? İngilis və rus kraliçaları ilə sevgi münasibəti yaşayan transvestit?

Milli.Az dəyərli oxucularını bu maraqlı personaj haqda məlumatlandırır.

Şevalye D'Eon, qadına çevrilən casus kişi

Fransada XVIII əsrdə saray həyatı kifayət qədər azad idi, amma cinsiyyəti dəyişmək haqda heç kəs düşünmürdü. Kişinin qadın paltarı geyinməsi yalnız oyunlar, tamaşalar və ya zarafat şəklində ola bilərdi. Belə zarafatlardan biri XV Lyudovik sarayından olan bir kişiyə baha başa gəldi. Şevalye D'Eon krala qadın paltarında tamaşa sərgilədi və onun kişi olduğunu hiss etməyən XV Lyudovik qəzəblənərək, onu öz günahını yuması üçün gizli agent kimi xidmət etməyə məcbur etdi. Hərçənd o ozü də sonradan bu obraza o qədər aludə olur ki, tələb edilməyəndə belə, öz libasını və həyat tərzini kişi obrazına dəyişmirdi...

Əsl adı Şarl-Jenevyev-Öküst-Andre-Timoti d'Eon olan şevalye vəkil, yazıçı və şair idi.

Fransa kralı XV Lyudovik və Rusiya imperatriçası Yelizaveta

Habsburqlar sülaləsinin planına əsasən, o, impreratriça Yelizaveta ilə görüşmək üçün Rusiyaya göndərilib. O dövrlərə görə, Rusiya sərhədlərini yalnız qadın və uşaqlar keçə bilərdi. Ona görə də, D'Eon çar sarayına düşmək üçün qadın kimi geyinərək adını Lea de Bomon qoyur. Beləliklə, şevalyenin casus həyatı başlayır.

D'Eon qadın obrazında Rusiya imperatriçası Yelizaveta Petrovnanın saray qiraətçisi statusuna nail olur. Həmin vaxtda gizli agent Fransaya Rusiyadakı işlərin durumu haqqında məlumatlar ötürürdü. Bu fəaliyyətin sayəsində XV Lyudovik Rusiya ilə diplomatik münasibətləri qaydaya salmağa bacardı.

Fransaya qayıdandan sonra vətən qarşısında xidmətlərinə görə, şevalyeyə kapitan rütbəsi verilir və müharibəyə göndərilir. Amma hərbi sahədə yalnız bir qədər xidmət edir, çünki artıq ortaya yeni məsələ çıxmışdı - Britaniya hökumətini güdmək və Britaniya parlamentini Fransa ilə münasibətlərin bərpasına sövq etmək.

İngiltərəyə D'Eon fransız səfirliyinin katibi kimi yola düşmüşdü, amma tale onunla yenə qəddar zarafat edir: İngilis kraliçası Sofi-Şarlotta ilə eşq yaşayır və kral ІІІ Qeorq bundan şübhələnir. Yöndəmsiz vəziyyətdən çıxmaq üçün, kralı inandırmağa bacardılar ki, əslində o, qadındır və qısqanclığa heç bir səbəb yoxdur...

Həyatının yarısını mənsub olmadığı cinsin obrazını yaşamağa məcbur olan bəxtsiz şevalye 1810-cu ilə - ölümünə qədər qadın obrazında qadı.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.