Maraqlı

Bakıda diqqətçəkən turist - Dodağında 94 pirsinq var - FOTO

5 Oktyabr 2019 17:52
14 Şərh     Baxış: 3 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Bakıda qəribə görünüşü ilə diqqət çəkən turist müzakirələrə səbəb olub. Bir neçə şəxs onun fotosunu sosial şəbəkələrdə paylaşaraq öz fikirlərini bildiriblər. Həmin şəxs üzərində çoxlu pirsinq və tatular, hətta alınında iki buynuzu olan almaniyalı turistdir.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 60 yaşlı Rolf Buchholz oktyabrın 3-də Aşqabaddan Bakıya gəlib və paytaxtın bir çox turistik yerlərindən fotolar çəkərək paylaşıb. Almaniyanın Dortmund şəhərində yaşayan proqramist Rolf dünyanın bir çox ölkəsinə səyahət edib və əksər yerlərdə diqqət cəlb edib, yerli sakinlər onunla dəfələrlə foto çəkdirib.

R. Buchholz müsahibələrinin birində bildirib ki, bu görünüşü həyatında ona çox da problem yaratmayıb: "Bəzən buynuzlarla bağlı fərqli reaksiyalar olur. Məsələn, Dubaya gedəndə buna görə məni ölkəyə buraxmadılar. Elə aeroportdan təyyarəyə oturdub Almaniyaya geri göndərdilər".

Bədənində 453 pirsinq ilə dünyada bədənində ən çox deşik olan adam kimi tanınır. Bu göstərici ilə Ginnesin rekordlar kitabına adı düşüb. Təkcə dodaqlarında 94 pirsinq var. 

Rolf ən böyük probleminin hava limanlarında detektordan keçmək olduğunu deyib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.