Maraqlı

Türkiyə Feysbuku cərimələdi

8 Oktyabr 2019 23:45
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şəxsi Məlumat Qoruma Agentliyi Feysbuku  1 milyon 150 min lirə cərimələyib. Buna səbəb Feysbukun fərdi məlumatların qorunması tələbini tam yerinə yetirməməsi olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkənin məlumat pozuntusu istifadəçilərə məxsus ad, cinsiyyət, doğum tarixi, münasibət statusu, təhsil səviyyəsi, dini məlumat, ölkə, yer, Feysbukda son axtarışlar, istifadəçinin izlədiyi 500-ə qədər əsas hesab kimi fərdi informasiyalarla bağlı olub.

"Feysbuku türk dilində istifadə edən 280 min 959 istifadəçi məlumat pozuntusundan zərər görüb. Məlumat pozuntusunun qarşısını almaq üçün şirkət lazımi inzibati və texniki tədbirlər həyata keçirməyib. Bu səbəbdən 1 milyon 150 min lirə cərimələnib", - deyə Türkiyənin Şəxsi Məlumat Qoruma  Agentliyindən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.