Maraqlı

Chrome brauzerində TLS 1.0 ilə TLS 1.1 protokollarının dəstəkləri dayandırılacaq

8 Oktyabr 2019 08:15
0 Şərh     Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Firefox-da olduğu kimi Chrome-da da TLS 1.0 və TLS 1.1 protokollarının dəstəklərinin dayandırılması planlaşdırılır. Belə ki, həmin protokollar IETF (Internet Engineering Task Force) təşkilatı tərəfindən artıq köhnəlmiş və onlardan istifadənin qeyri təhlükəsiz olduğu hesab edilir.

Milli.Az technote.az-a istinadən bildirir ki, TLS 1.0 və TLS 1.1-in dəstəyinin dayandırılması Chrome 81-də reallaşdırılacaq. Chrome 81-in isə 17 mart 2020-ci ildə işıq üzü görəcəyi planlaşdırılır. Bu barədə Opennet.ru saytı xəbər verib. Google şirkətinin məlumatlarına əsasən hal hazırda olan veb səhifə yüklənmələrinin 0.5%-i köhnəlmiş TLS versiyalarının vasitəsilə reallaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.